Vaaqn Avakyan: Növbəti qumbaralar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq

Vaaqn Avakyan: Növbəti qumbaralar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq

Ermənistanın “Sasna Tsrer” partiyasının radikal qruplaşmasının nümayəndəsi Vaaqn Avakyan Rusiya sülhməramlılarının Azərbaycan hərbçilərinə qumbara atan terrorçunu Azərbaycana təhvil verəcəyi təqdirdə Rusiyaya qarşı hədələr səsləndirib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məlumat erməni teleqram” kanallarında yayılıb.

Vaaqn Avakyan terrorçunun Azərbaycana təhvil verilməməsini tələb edib: “Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbaralar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq”.