Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Armenui Arutyunyan ədliyyə nazirinin müavini təyin edilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Arutyunyanın Ədliyyə Nazirliyində 20 illik təcrübəsi var. Hazırda 46 yaşı olan Arutyunyan 2016-cı ildən Ədliyyə Akademiyasında dərs deyir, mülki və cinayət hüququ sahəsində hakimlər üçün yenidənhazırlanma kursları keçirir.
Arutyunyan 2019-2022-ci illərdə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən CyberEast layihəsində iştirak edib.
Xatırladaq ki, dekabrın 25-də əvvəllər nazir müavini postunu tutan Qriqor Minasyan ədliyyə naziri təyin olunub.












