Yevlaxda avtomobillə motosiklet toqquşdu – Xəsarət alan var

Yevlaxda avtomobillə motosiklet toqquşdu – Xəsarət alan var

Yevlaxda minik avtomobili motosikletlə toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Yevlax şəhərində baş verib.

Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində 1969-cu il təvəllüdlü motosikletçi Göyüşov Qorxmaz Çoban oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA