Mütəxəssislərin fikrincə 96 faizlik spirt dezinfeksiya üçün yaramır, bunun üçün spirtin faizini 70%-ə salmaq lazımdır.
NOCOMMENT.az Rusiyalı mütəxəssislərin rəylərinə istənadən xəbər verir ki, 70 faizlik konsentrasiyada olan spirt, demək olar ki, 95-96 faizlik spirtlə eyni şəkildə dezinfeksiya edir, eyni zamanda dərini daha az qurudur.
Qeyd olunur ki, 95-96 faizlik etanol daha çox cərrahi alətləri sterilizasiya etmək üçün istifadə olunur. Əməliyyatdan əvvəl yaraların, əllərin və xəstənin bədəninin təmzilənməsi üçün isə 70 faizlik spirt kifayət edir. Bu spirtlə dezinfeksiya edilən dərinin səthi də daha tez canlanır. Bu, mikroorqanizmlərin qala biləcəyi dərin məsamələrə daha pis nüfuz edir.
Ümumiyyətlə, spirt 40 faiz konsentrasiyasından sonra dezinfeksiyaedici təsir göstərir.












