Azərbaycanda 57 yeni koronavirusa yoluxma faktı qeydə alındı

Azərbaycanda 57 yeni koronavirusa yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
NOCOMMENT.az Operativ Qərargaha istinadən bildirir ki, Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.