Ölkədə müxtəlif karantin zonalarında 4369 nəfərin müayinəsi həyata keçirilir

Ölkədə müxtəlif karantin zonalarında 4369 nəfərin müayinəsi həyata keçirilir

NOCOMMENT.az Operativ Qərargaha istinadən xəbər verir ki, ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalmış, 7 nəfər vəfat etmiş, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılmışdır.