Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək- TƏBİB

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa vəziyyət pisləşəcək- TƏBİB

“Karantin rejimi üçün ayrılan tibb müəssisələrində mövcud süni tənəffüs çatışmazlığı aparatları və digər avadanlıqlar daim yoxlanılır”.

NOCOMMENT.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər hansı problem varsa dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır:

“Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa o zaman vəziyyət pisləşəcək. Çünki təcrübə göstərir ki, belə xəstələr daha çox ölür. Ağır halların baş verməməsi üçün qoyulan karantin qaydalarına ciddi əməl etmək lazımdır”.

TƏBİB sədri 105 nəfər arasında 1 nəfər yaşlı qadının vəziyyətinin daha ağır olduğunu açıqlayıb. Qeyd olunub ki, həmin qadın onkoloji xəstədir.

Report