TƏBİB özəl laboratoriyalarla bağlı məsələyə aydınlıq gətirdi

TƏBİB özəl laboratoriyalarla bağlı məsələyə aydınlıq gətirdi

“Ölkə olaraq özəl laboratoriyaların imkanlarından istifadə edirik. Bu laboratoriyalar artıq bizimlə 4 aydır ki, əməkdaşlıq edir. Biz təklif etdik və kim bu işin altına girməyə hazır olduğunu açıqladısa, işlər onlara həvalə olundu”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi qeyd edib ki, hansı laboratoriyalarda test götürmək şəraiti varsa, onlar bu işə cəlb edilib.