Bu gündən 103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin tabeliyində olacaq.
NOCOMMENT xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətin bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb.
Bu tapşırıq müvəqqəti xarakter daşıyır. Pandemiya dövründə bəzi polikliniklara metodiki tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən veriləcək.
Xatırladaq ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyində idi.











