Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

A.Hüseynov bu gün kollektivə təqdim olunacaq.

O, ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.