Bu ölkə sabahdan Rusiya gəmiləri üçün limanlarını bağlayacaq

Bu ölkə sabahdan Rusiya gəmiləri üçün limanlarını bağlayacaq

İtaliya limanları aprelin 17-dən Rusiya gəmiləri üçün bağlanacaq.

“Sabahdan etibarən İtaliya limanları Rusiya gəmiləri üçün bağlanacaq, qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişdirmiş gəmilərə də şamil ediləcək”.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, hazırda İtaliya limanlarında olan Rusiya gəmilərinin “ticarət fəaliyyətini başa vurduqdan sonra” ölkəni tərk etmək məcburiyyətində qalacağı bildirilir.

Rumıniya daha əvvəl aprelin 17-dən etibarən Rusiya bayrağı altında üzən gəmilərin Rumıniya limanlarına girişini qadağan etmək qərarını açıqlamışdı .

Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha əvvəl  Rusiya gəmilərinin Aİ limanlarına girişinin qadağan ediləcəyini bildirib.

NOCOMMENT.az