Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.
Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşənbədə səfərdə olacaq.
Xatırladaq ki, mayın 12-də xarici işlər naziri Ceyhun Bayramov sözügedən iclasda iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.












