Benzinin qiyməti yenidən ARTIR – BU ÖLKƏDƏ

Benzinin qiyməti yenidən ARTIR – BU ÖLKƏDƏ

Türkiyədə yanacağın qiymətində yeni artım gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, sənaye mənbələrinin məlumatına görə, 11 avqust çərşənbə axşamı günündən benzinin litr qiymətinin 1,56 lirə bahalaşacağı gözlənilir.

Artımın gecə saat 00:00-dan etibarən yanacaqdoldurma məntəqələrində qiymətlərə əks olunacağı bildirilir. Beləliklə, İstanbulda benzinin litr qiymətinin 68,36 lirədən 69,92 lirəyə yüksələcəyi gözlənilir.

Hazırda İstanbulda dizelin litr qiyməti 80,04 lirə, LPG isə 33,79 lirədir. Benzinin qiymətində sonuncu dəfə 1,10 lirə artım olmuşdu.

Gözlənilən yeni artımın Osmaniye də daxil olmaqla Anadolu əyalətlərində də yanacaq qiymətlərinə təsir edəcəyi bildirilir. Regional paylama xərclərinə görə qiymətlər şəhərdən-şəhərə fərqlənə bilər.

Yanacaq qiymətlərindəki dəyişikliklər beynəlxalq neft qiymətləri, valyuta məzənnələri və vergi siyasəti kimi amillərdən asılıdır.

Beləliklə, 1,56 lirəlik artım reallaşarsa, İstanbulda benzinin litri 70 lirə həddinə çox yaxınlaşacaq.

Sara
NOCOMMENT.az