İyunun 16-da Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.













