Qəbələ rayonunun Mirzəbəyli kəndində yanğın olub.
NOCOMMENT.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












