Ərdoğan Ukrayna və Rusiya liderləri ilə danışcaq

Ərdoğan Ukrayna və Rusiya liderləri ilə danışcaq

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Cənab prezident liderlərlə telefon danışıqları planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram”, – deyə Çavuşoğlu çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.