İlham Əliyev Qazaxıstanda belə qarşılandı – FOTOLAR / VİDEO

İlham Əliyev Qazaxıstanda belə qarşılandı – FOTOLAR / VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

NOCOMMENT.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.