Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı iki ölkə arasında sənədlər paketi imzalanacaq.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, N.Paşinyan aprelin 19-da Rusiyaya ikigünlük rəsmi səfərə gedib.












