Mişustin: Moskva Ermənistana humanitar yardım göstərməyə davam edəcək

Mişustin: Moskva Ermənistana humanitar yardım göstərməyə davam edəcək

Moskva İrəvanla yeni hökumətlərarası iqtisadi əməkdaşlıq proqramının imzalanmasına hazırlığı sürətləndirməyi təklif edir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Biz Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə yeni hökumətlərarası proqramının imzalanmasına hazırlığı sürətləndirməyi təklif edirik”, – deyə o bildirib.

Mixail Mişustin əlavə edib ki, Cənubi Qafqazda yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafına, orada sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Rusiya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, ölkə hakimiyyəti Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Ətraflı

“Əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafını təmin edəcək, Cənubi Qafqazın bütün dövlətlərinin maraqları naminə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, – deyə Mişustin bildirib.

O, həmçinin əmin edib ki, Moskva Ermənistana humanitar yardım göstərməyə davam edəcək.