Nazirlər Paşinyanın Rusiyaya səfər tarixini açıqladılar

Nazirlər Paşinyanın Rusiyaya səfər tarixini açıqladılar

Ermənistanın Baş naziri Nikol Paşinyan 19-20 aprel tarixlərində Rusiyaya səfər edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında baş tutan telefon danışığının yekunlarına dair yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, Paşinyanın Rusiyaya səfəri zamanı iki ölkə arasında sənədlər paketi imzalanacaq.