Nikol Paşinyan gələn həftə Moskvaya səfər edəcək

Nikol Paşinyan gələn həftə Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, – deyə o qeyd edib.