Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlarının seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.
“Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl ediblər. “Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar.
Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, amma belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, – deyə dövlət rəsmisi bildirib.












