Moskvada Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Dumasının rəsmi saytında paylaşılıb.
Tərəflər görüş zamanı iki ölkə parlamentləri arasında qarşılıqlı əlaqələri müzakirə ediblər.
Bildirilib ki, bu, Paşinyanın Dövlət Dumasına ilk səfəridir.
“Sizin Dövlət Dumasına səfəriniz mütləq parlamentlərimiz arasında əlaqələrin inkişafına təsir göstərəcək”, – deyə Volodin Paşinyanın səfərinə münasibət bildirib.
“Sizin dəstəyinizlə parlamentlərarası dialoq daha fəal inkişaf edəcək və biz bir-birimizi daha yaxşı başa düşəcəyik”, – deyə Volodin əlavə edib.
“Mən əminəm ki, parlamentlərarası əlaqələrimiz inkişaf edəcək”, – deyə Paşinyan həmsöhbətini dəstəkləyib.












