Paşinyan: Qarabağla bağlı yekun razılıq əldə olunub

Paşinyan: Qarabağla bağlı yekun razılıq əldə olunub

Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqlarda Qarabağ məsələsi ilə bağlı yekun razılıq əldə olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.

“Təhlükəsizlik, Qarabağ münaqişəsi, regional infrastruktur blokadasının açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi daxil olmaqla, bir sıra mühüm məsələlər üzrə yekun razılıq əldə olunub. Biz Prezident Putinlə məhsuldar müzakirə apardıq və birgə bəyanat qəbul etdik”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan hökumətinin başçısı bir gün əvvəl Rusiyaya rəsmi səfərə gedib. Aprelin 19-da Rusiya lideri ilə danışıqlar aparılıb./modern.az