Paşinyandan Moskvadakı 9 May paradı ilə bağlı QƏRAR

Paşinyandan Moskvadakı 9 May paradı ilə bağlı QƏRAR

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək 9 May Qələbə paradında iştirak etməyəcəyini rəsmən bəyan edib. O, bu qərarını ölkədə davam edən seçkiqabağı kampaniya ilə əlaqələndirib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də məlumatlandırdığını bildirib. Baş nazir qeyd edib ki, seçki prosesinin gərginliyi və daxili siyasi gündəliyin sıxlığı səbəbindən ölkəni tərk edə bilməz.

Qeyd edək ki, bu addım son dövrlər Rusiya və Ermənistan arasında yaranmış diplomatik soyuqluq və İrəvanın Moskvadan uzaqlaşaraq Qərbə meyllənməsi fonunda xüsusi diqqət çəkir. Analitiklər seçki bəhanəsinin arxasında, əslində, iki ölkə arasındakı dərinləşən siyasi çatların dayandığını vurğulayırlar.