Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ

Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ

Prezident İham Əliyev Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) həvalə edilib.

Həmçinin Bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilib.

Müəyyən edilib ki, təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-dək, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində tətbiq ediləcək, təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 (on üç) faizdir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 (əlli) faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq, təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edənədək həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçiriləcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, işğaldan azad edilmiş ərazilər istisna olmaqla, bu Fərmanın 3.1-ci bəndi ilə müəyyən edilmiş digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin həcmini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün bir ay müddətində zəruri tədbirlər görməli, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn aidiyyəti məsələlərin həlli üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş mexanizmlərin tətbiq ediləcəyi prioritet sahələri bir ay müddətində müəyyən etməli, “Elektron kredit və zəmanət” informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlər görməlidir.