“Rusiya Ukraynaya dəqiq ifadələrlə işlənmiş sənəd layihəsini təhvil verdi, “top” Kiyevin tərəfindədir”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib, orada tamamilə aydın ifadələr işlənib. “Top” onların tərəfindədir. Biz cavab gözləyirik”, – deyə Peskov bildirib.
O iddia edib ki, Ukrayna tərəfi əvvəllər verdiyi razılaşmalardan, sözlərindən daim yayınır, onları daim dəyişir.
Peskov əlavə edib ki, danışıqların effektivliyi baxımından bunun “çox pis nəticələri” var.












