Rusiya: Zelenski Vaşinqtonu təhlükə qarşısında qoyur

Rusiya: Zelenski Vaşinqtonu təhlükə qarşısında qoyur

“Ukrayna prezidenti Vladimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumları dəyərləndirərkən deyib.

“Zelenski mülki infrastrukturlara terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükəyə atmaqdadır. Co Bayden “terrorun dövlət sponsoru” anlayışı ilə öz tələsinə düşür”, – ifadələrini istifadə edib.

Zaxarova qeyd edib ki, terror məsələsi indi daha çox Amerika liberalizmi ilə əlaqələndiriləcək.