Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

Şuşadan qaçan Ohanyana ağır zərbə: Göyçə sahilindəki villası söküldü

Göyçə gölü sahilində Ermənistanın keçmiş yüksəkvəzifəli şəxslərinə məxsus kotteclərin sökülməsinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, proses Baş Prokurorluğun tələbi əsasında həyata keçirilir.

Sökülən obyektlər arasında keçmiş müdafiə naziri Seyran Ohanyanın evinin hasarları, sabiq polis rəisi Vladimir Qasparyana, Ermənistan Respublika Partiyası sədr müavini Armen Aşotyanın qardaşına, keçmiş Geğarkunik qubernatoru Rafik Qriqoryana və sabiq parlament sədri Samvel Nikoyanın oğluna məxsus kotteclər də var.

Baş Prokurorluğun bildirdiyinə görə, bütün bu tikililər dəniz səviyyəsindən 1905 metr hündürlükdən aşağı ərazidə yerləşdiyi üçün qanunvericiliyin tələblərinə zidd hesab olunur.