TƏCİLİ: ABŞ-İran arasında GİZLİ anlaşma - MÜHARİBƏ DAYANIR?

TƏCİLİ: ABŞ-İran arasında GİZLİ anlaşma - MÜHARİBƏ DAYANIR?

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə gərginliyin azaldılması üçün diplomatik həll yollarına açıq olduqlarını bəyan edib. Qərb mediasının yaydığı məlumatlara görə, Vaşinqton və Tehran arasında nüvə proqramı və sanksiyalarla bağlı müvəqqəti razılaşma istiqamətində ciddi irəliləyiş əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, Pezeşkian Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığında İran xalqının hüquqlarının qorunmasının əsas prioritet olduğunu bildirib.

O, ABŞ-yə qarşı ciddi etimadsızlığın qaldığını vurğulayaraq Vaşinqtonu danışıqlar fonunda İrana qarşı hücumlarda ittiham edib.

“İrana arxadan bıçaq vuruldu”, – deyə İran prezidenti bildirib.

“Axios”un yaydığı məlumata əsasən, ABŞ və İran müharibəyə son qoyacaq bir səhifəlik memorandum üzərində razılığa yaxınlaşıb. İddialara görə, Tehran uranın zənginləşdirilməsini dayandırmağa razı olacaq, qarşılığında isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə ləğv ediləcəyi gözlənilir.

Məlumata görə, tərəflər həmçinin Hörmüz boğazı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da müzakirə edir.

CNN-ə danışan regional mənbələr bildiriblər ki, İranın ABŞ tərəfindən dəstəklənən təklifə cavabını yaxın saatlarda vasitəçilər üzərindən Vaşinqtona çatdıracağı gözlənilir. Mənbələrin sözlərinə görə, tərəflər hərtərəfli razılaşmaya indiyədək olduğundan daha yaxındırlar.

Diplomatik dairələr hesab edir ki, aparılan danışıqlar yalnız hazırkı böhranı dayandırmaq deyil, həm də gələcək nüvə danışıqları üçün yeni mərhələnin başlanğıcı ola bilər.

“Axios” ABŞ rəsmilərinə istinadən yazır ki, son təmaslar münaqişənin başlanğıcından bəri “ən böyük irəliləyiş” hesab olunur. Bununla belə, tərəflər arasında yekun razılaşmanın hələ əldə edilmədiyi vurğulanır.

Turan
NOCOMMENT.az