Təl-Əvivin təxribatı? – İran ərazisində 30 hədəfə zərbə endirildi – DETALLAR

Təl-Əvivin təxribatı? – İran ərazisində 30 hədəfə zərbə endirildi – DETALLAR

İsrail mediası məlumat yayıb ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyədək İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Kənan Novruzov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İsrailin İrana zərbələr endirəcəyi gözlənilən idi:

“Bu, bəlkə də, 12 günlük müharibədə olduğu kimi, rəsmi Təl-Əvivin təxribatıdır. Mümkündür ki, İsrail o zaman olduğu kimi, yenə də ABŞ–İran danışıqlarına mane olmaq istədi. Çünki müzakirələr konstruktiv formada inkişaf edirdi. ABŞ-nin indiyədək dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, hücum etməməsinin səbəbi də məhz diplomatiyaya üstünlük verməsi idi. Əgər döyüşlər bir-iki günə bitməsə, yəqin ki, uzun çəkəcək”.

Onun sözlərinə görə, İrana dəqiq zərbələrin endirilməsi də təəccüblü olmamalıdır:

“Bu, İsrail kəşfiyyatının effektiv işləməsi ilə əlaqələndirilməlidir. İsrail kəşfiyyatının effektiv fəaliyyəti nəticəsində İrana dəqiq zərbələr endirilir. Məqsəd yaxın zamanda, bəlkə də elə bu gün ölkədə hakimiyyət və rejim dəyişikliyinə nail olmaqdır”.

Atilla Rzasoy