Ukrayna Rusiyanın təslim olmasının şərtlərini açıqlayıb

Ukrayna Rusiyanın təslim olmasının şərtlərini açıqlayıb

“Ukrayna Rusiya ilə sülh sazişinin bağlanmasına yalnız iki halda gedəcək – Rusiya Federasiyası ərazisinin tam və ya qismən bölünməsi”.

NOCOMMENT.az xəbər verir ki, bunu NV-yə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kiril Budanov deyib.

“Birincisi, Rusiyanın üç və ya daha çox hissəyə bölünməsidir. İkincisi, ölkə rəhbərliyində dəyişiklik olarsa, Rusiya Federasiyasının ərazi bütövlüyünün nisbətən qorunmasıdır. Sonuncu halda yeni rəhbər deyəcək ki, Rusiya Federasiyasının bütün bu proseslərə heç bir aidiyyatı yoxdur, o, xəstə diktator olub, ölkənin də bununla heç bir əlaqəsi yoxdur. Belə olan halda Rusiya tutduğu bütün ərazilərdən – Yaponiya adalarından tutmuş Almaniyaya məxsus Koeniqsberqə qədər – imtina edəcək.

Burada iki yol var. Bunu Rusiyanın hərbi-siyasi rəhbərliyinin əksər nümayəndələri bilir”, – Budanov bildirib.

O, əmin edib ki, Vladimir Putin “bütün dünya üçün hərbi cinayətkardır. Bu onun sonu, özünü dalana dirəyib”.

“Narahat olmayın, Ukrayna qalib gələcək”, – Budanov söz verib.

Bu, o, ilk dəfə deyil ki, erkən “qalib gəlmək” vədi ilə çıxış edir. Məsələn, aprelin ortalarında Budanov televiziyada əmin etdi ki, Mariupol azad olunacaq.

Buna baxmayaraq, onun Rusiyanın parçalanması ilə bağlı səsləndirdiyi ultimatum Qərbdən gələn təhlükə kimi qəbul edilməlidir, – Ali Radanın keçmiş deputatı Oleq Tsarev bildirib.

“Diqqət edin, xüsusi əməliyyatın lap əvvəlində demişdim ki, sülh sazişləri imzalayaraq bu müharibədən çıxmağa imkan verməyəcəyik… ABŞ və Böyük Britaniya Zelenskiyə Rusiya ilə sülh imzalamağa imkan verməyəcək. Deməli qalib gəlməlisən..

Ya qələbə, ya da təslim. Birincisini daha çox bəyənirəm “deyə Tsarev şərh edir.

NOCOMMENT.az