Azərbaycanda daha bir müəllim koronavirusdan öldü

Azərbaycanda daha bir müəllim koronavirusdan öldü

Bakının Binəqədi rayonunun 283 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi vəfat edib.

NOCOMMENT xəbər verir ki, məktəbdən baku.ws-ə verilən məlumata görə, məktəbin riyaziyyat müəllimi Xəlilova Arzu Fikrət qızı COVİD-19 səbəbindən dünyasını dəyişib.

“Kollektivimiz adından ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı veririk, Allahdan səbir arzulayırıq”, – deyə məktəbin müraciətində bildirilib.