DƏHŞƏT! İçkili ana 3 yaşlı qızını 9-cu mərtəbədən atdı - Bu ölkədə

DƏHŞƏT! İçkili ana 3 yaşlı qızını 9-cu mərtəbədən atdı - Bu ölkədə

Rusiyanın Moskva vilayətində dəhşətli cinayət baş verib. Sərxoş vəziyyətdə olan qadın 3 yaşlı qızını doqquzuncu mərtəbənin eyvanından aşağı atıb. Xoşbəxtlikdən azyaşlı körpə ölümdən qurtulub, lakin ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, "SHOT" kanalının məlumatına görə, hadisə Sergiyev Posad şəhərindəki Moskva şosesində yerləşən mənzillərdən birində baş verib. 27 yaşlı ana evdə 3 yaşlı qızı və 8 aylıq körpəsi ilə birlikdə olub. Qəfil qadın böyük qızını tutaraq eyvanın məhəccərindən aşağı tullayıb.

Şübhəli şəxs qismində saxlanılan ana dindirilmə zamanı təqsirini tam etiraf edib, lakin uşağı nə səbəbdən atdığını izah edə bilməyib. İlkin ehtimala görə, qadında doğuşdan sonrakı depressiya ola bilər. O, əvvəllər heç bir xüsusi uçotda dayanmayıb. Məlum olub ki, qadının əri hazırda həbsxana cəzası çəkir.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Hadisəni Moskva vilayətinin İstintaq Komitəsi araşdırır. Həkimlər azyaşlının həyatını xilas etmək üçün mübarizəni davam etdirirlər.