Azərbaycanda fəaliyyət göstərən xarici bankın filialı ləğv olunur

Azərbaycanda fəaliyyət göstərən xarici bankın filialı ləğv olunur

Pakistan Milli Bankının Bakı şəhərindəki fililalı (VÖEN – 1700326471) ləğv olunduğunu elan edib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 9A, mənzil 9A ünvanına bildirə bilərlər.

Məlumat üçün bildirək ki, Pakistan Milli Bankının Bakı şəhərində fililalı 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Bankın qanuni təmsilçisi Şeyx Ahtşam Əhməddir.

Onu da bildirək ki, bu ilin 2-ci rübünün yekunlarına olan sonuncu maliyyə hesabatına görə Pakistan Milli Bankının filialı Azərbaycanda zərərlə işləyən 2 bankdan biri olub. İlin ilk yarısının yekunlarında bank 271 min manat zərər edib.