AzTV-nin binası söküləcək, yerində isə… – EKSKLÜZİV

AzTV-nin binası söküləcək, yerində isə… – EKSKLÜZİV

Azərbaycan Dövlət Televiziyasının (AzTV) binasının sökülməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Məlumata görə, söküntüyə təxminən oktyabr ayının 1-dən başlanılacaq və əvəzində yeni bina tikiləcək. Yeni binanın 12 mərtəbəli olacağı haqda da məlumatlar verilib.

NOCOMMENT.az bildirir ki, KONKRET.az məsələni dəqiqləşdirmək üçün AzTV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yeni binanın tikilməsi nəzərdə tutulur. Lakin söküntünün və tikintinin dəqiq nə vaxt başlayacağı ilə bağlı hələlik məlumat yoxdur.