Bakı metrosunda nasazlıq yarandı – Sərnişinlər düşürüldü

Bakı metrosunda nasazlıq yarandı – Sərnişinlər düşürüldü

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər “Ulduz” stansiyasında düşürülüb.

Bu barədə NOCOMMENT.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.