Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, paytaxtın Xətai rayonu Sarayevo küçəsindəki evlərdən birində yaşayan 1981-ci il təvəllüdlü D.Nuhzadə polisə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda yaşayan qızı 2007-ci il təvəllüdlü Nuhzadə Aysun Zaur qızının evi tərk edərək itkin düşdüyünü bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.