Bakıda adam oğurluğu olub? – ANBAAN VİDEO

Bakıda adam oğurluğu olub? – ANBAAN VİDEO

Bakı şəhərində gəncin oğurlandığı iddia olunur.

NOCOMMENT-in oxu.az-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib.

Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. Gənc maşına mindirilərkən onun başına vurduqları da görünür.

Həmin görüntüləri təqdim edirik: