Bakıda hərəkət iflic oldu: Tıxaclı yolların SİYAHISI

Bakıda hərəkət iflic oldu: Tıxaclı yolların SİYAHISI

Paytaxtda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. Mikayıl Əliyev küçəsi Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
8. Mikayıl Useynov prospekti Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
9. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Bakıxanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
11. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində;
12. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
13. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
15. Babək prospekti mərkəz istiqamətində;
16. 20 Yanvar dairəsində;
17. Ağa Neymətulla küçəsi Nəriman Nərimanov m/st istiqamətində;
18. Sabunçu-Zabrat şosesi Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.