Bakıda Türkiyə bayrağının ipini kəsən şəxsi polis AXTARIR – VİDEO

Bakıda Türkiyə bayrağının ipini kəsən şəxsi polis AXTARIR – VİDEO

“Qara Qarayev” metrostansiyanın yaxınlığında əlində bıçaq küçədə gəzən şəxs təhlükəsizlik kameralarına düşüb.

Həmin şəxs əlindəki bıçaqla anidən Türkiyə bayrağının ipini kəsərək, ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev NOCOMMENT-ə bildirib ki, görüntülərdən məlumatlıdırlar, hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.