Elm dünyasında indiyədək misli görünməmiş bir hadisə qeydə alınıb. Stanford Universiteti və "Arc Institute"nun tədqiqatçıları süni intellekt modelindən istifadə edərək bakteriyaları yoluxduran bakteriofaqların genomlarını işləyib hazırlayıblar və təbiətdə əsla mövcud olmayan yeni viruslar yaradıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, süni intellekt vasitəsilə yaradılan yüz minlərlə variantdan məhz 16 yeni virus həyat qabiliyyətli çıxıb. Tərtibatçılar bu virusların insanları yoluxdurmaq qabiliyyətinə malik olmadığını vurğulayırlar. Əksinə, onların antibiotiklərə davamlı bakteriyalara qarşı mübarizədə effektiv silah kimi istifadə oluna biləcəyi bildirilir.
Buna baxmayaraq, ekspertlər ciddi xəbərdarlıq edirlər. Onların fikrincə, bu texnologiya gələcəkdə daha təhlükəli patogenlərin yaradılmasına yol açır və təcili olaraq yeni biotəhlükəsizlik mexanizmlərinin tətbiqini tələb edir.
Sara,
NOCOMMENT.az











