Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Senatına Rusiya və İrana qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiqlədiyinə görə təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında yazıb:
"Biz ABŞ Senatına və Ukraynanı dəstəkləyən hər kəsə çox minnətdarıq. Lindsi Qremtin Rusiya və İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinin qəbul edilməsi müstəqilliyimizə və xalqımıza qarşı aparılan bu dəli rus müharibəsinə son qoymaq məqsədilə təcavüzkara təzyiqin gücləndirilməsinə şübhəsiz ki, kömək edəcək", – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, ölkəsi Birləşmiş Ştatların – həm hər iki partiyanın, həm də bütün amerika xalqının göstərdiyi BÜTÜN dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, Putinin ballistik raketlərdən istifadə etməklə müharibəni uzatmağa çalışdığı, Ukraynanın isə müdafiə üçün "Patriot" komplekslərinə ehtiyac duyduğu indiki məqamda insan həyatının qorunmasına və müharibənin tezliklə başa çatmasına xidmət edən hər bir siqnal müstəsna əhəmiyyət daşıyır.
"Rusiyaya qarşı real, güclü Amerika təzyiqi və sanksiyaları ən çox kömək edəcək amildir. Təcavüzkara qarşı hər yeni təzyiq addımı ilə diplomatik nizamlanma daha da yaxınlaşır", – deyə dövlət başçısı vurğulayıb.
Sonda Zelenski bunu anlayan və "güc yolu ilə sülh" prinsipini irəli aparan hər kəsə minnətdarlığını ifadə edib.
Sara,
NOCOMMENT.az











