FİFA prezidenti Canni İnfantino Britaniyanın nüfuzlu "The Telegraph" nəşrinin dərc etdiyi ittihamlardan sonra böyük bir skandalın mərkəzində qalıb.
NOCOMMENT.az xəbər verir ki, materiala əsasən, İnfantino UEFA-nın baş katibi vəzifəsində işlədiyi dövrdə qurumun gənc əməkdaşı ilə gizli münasibətdə olub.
Nəşr iddia edir ki, bu münasibətlər fonunda qadın karyera yüksəlişi əldə edib, UEFA-nı tərk etdikdən sonra isə ona altı rəqəmli kompensasiya paketi ödənilib və MBA dərəcəsi alması üçün maliyyə vəsaiti ayrılıb.
UEFA kompensasiya ödənişləri və MBA təhsilinin maliyyələşdirilməsi faktını təsdiqləyib, lakin hər şeyin həmin vaxt qüvvədə olan qaydalara tam uyğun həyata keçirildiyini, qurumun bundan sonra kadr siyasətini və daxili nəzarəti daha da gücləndirdiyini bəyan edib.
Canni İnfantino öz növbəsində bütün ittihamları qəti surətdə rədd edir. O, bu iddiaları yalan və reputasiyasına xələl gətirməyə yönəlmiş addım adlandıraraq, fəaliyyəti dövründə heç bir əməkdaşın onun davranışından şikayət etmədiyini vurğulayıb.
Sara, NOCOMMENT.az











