Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü – FOTO

Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü – FOTO

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.

Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları gəlib.