Cahangir Həsənzadə vəzifədən azad EDİLDİ

Cahangir Həsənzadə vəzifədən azad EDİLDİ

Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Texniki direktor vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

O bildirib ki, bu gün Cahangir Həsənzadənin son iş günüdür və yaxın vaxtlarda yeni təyinat reallaşacaq.

Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsini icra edirdi.