Dünən bulvarda ölən şəxs vəkil imiş – FOTO

Dünən bulvarda ölən şəxs vəkil imiş – FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Dünən bulvarda ölən şəxs vəkil imiş - FOTO