Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.
NOCOMMENT xəbər verir ki, bu barədə report-a onun oğlu Eldar Vəzirov məlumat verib.
Ə.Vəzirov yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olmuşdu. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik etmişdi. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınmış və ömrünün sonunadək orada yaşamışdı.












