Xəbər verdiymiz kimi Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, TƏBİB-in yaydığı məlumata görə o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri olub.















