Goranboyda zəncirvari QƏZA: Ölən və yaralılar var

Goranboyda zəncirvari QƏZA: Ölən və yaralılar var

Goranboyda zəncirvari avtomobil qəzası baş verib.

NOCOMMENT-in məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Daewoo Nexia” minik maşını ilə toqquşub. Qəza zamanı 1 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov qafqazinfo-ya bildirib ki, qəzada ölən şəxs “Daewoo Nexia” avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Mayıs Bağırov olub.

Xəsarət alanlar isə həmin avtomobilin sərnişinləri 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, “Mercedes”in sürücüsü 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, onun sərnişini 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədovadır.

Araşdırma aparılır.